...

Mübariz Qurbanlı: Milli Şura deyənlərin arxası elə şura hökumətinə bağlıdır

Siyasət Materials 23 Aprel 2013 10:40 (UTC +04:00)
Milli Şura ideyası çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı: Milli Şura deyənlərin arxası elə şura hökumətinə bağlıdır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Şura ideyası çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

"Milli Şura sözu eşidəndə mənim yadıma şura hökuməti düşür. Bəlkə onlar şura hökumətini bərpa etmək istəyirlər. Bu Milli Şura deyənlərin arxası elə şura hökumətinə bağlıdır. Ona görə də xalqdan heç bir dəstək ala bilməyəcəklər", - Qurbanlı deyib.

O qeyd edib ki, yadlara əl açıb, yadlara söykənənlər heç vaxt xalqın məhəbbətini qazana bilməzlər. "Milli Şura hardan çıxdı? Azərbaycan sabit-sakit bir ölkədir, müstəqil bir dövlətdir. Müstəqil bir dövlətdə dövlətçiliyimizin möhkəm olduğu bir vaxtda, hansısa qeyri-qanuni bir qurumun yaradılmasını bəyan etmək, ona hansısa səlahiyyətlər verilməsinə çağırmaq anti-konstitsiondur", - Qurbanlı deyib.

Qurbanl hesab edir ki, bu, mənasız və heç bir məntiqə sığmayan, qanuna sığmayan və başlanğıcdan beşiyində iflasa uğrayan bir hərəkətdir və heç kim onu dəstəkləməyəcək.

"20 ildir ki, Azərbaycan müstəqil bir ölkədir və bu müstəqillik illərində çox böyük təcrübə toplamışıq. Müstəqilliyin ilk illərində müxtəlif qurumlar yaratmaq çağırışlarının da şahidi olmuşuq və bu cür çağırışların da acı nəticələrini görmüşük", - Qurbanlı bildirib.

O vurğulayıb ki, ulu öndərin sayəsində, Prezident İlham Əliyevin sayəsində Azərbaycan qüdrətli bir ölkəyə çevrilib, Cənubi Qafqazın lideridir. Belə olan bir şəraitdə qarşıdan gələn seçkilər dövründə hansısa bir qeyri-qanuni bir qurum yaradıb ona hansısa bir status verib, gələcəkdə anti-konstitutsion yolla seçkilərdən sonrakı hadisələri dırnaqarası proqnozlaşdırmaq çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır.

"Ona görə də, nə Rüstəm İbrahimbəyovun, nə də onun dırnaqarası ideyasının Azərbaycanda pərvəriş tapacağını gözləmək lazım deyil", - Qurbanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti