...

ABŞ Dövlət Departamentinin proqram rəhbəri Bakıya gəlir

Siyasət Materials 23 Aprel 2013 10:34 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin Qlobal Sahibkarlıq Proqramının rəhbəri Bakıya gəlir.
ABŞ Dövlət Departamentinin proqram rəhbəri Bakıya gəlir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

ABŞ Dövlət Departamentinin Qlobal Sahibkarlıq Proqramının rəhbəri Bakıya gəlir.

Diasporla İş üzrə Dövlət komitəsindən Trend-ə verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qlobal Sahibkarlıq Proqramının rəhbəri, baş bəsləhətçisi Şelli Porqes Cənubi Qafqaz Forumunda iştirak edəcək. Bu məqsədlə Şelli Porqes mayın 6-8-də Bakıda səfərdə olacaq.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi tədbir dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, nüfuzlu elm, mədəniyyət xadimlərini, 50-dən çox sabiq və hazırkı dövlət, hökumət başçısını bir araya toplayacaq.

Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti