...

Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiya paytaxtında səfərdə olacaqlar

Siyasət Materials 23 Aprel 2013 11:12 (UTC +04:00)
Heydər Əliyev Fondunun nümayəndələri aprelin 26-dan mayın 1-dək olan dövrdə Kolumbiyanın paytaxtı Boqota şəhərində səfərdə olacaqlar.
Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiya paytaxtında səfərdə olacaqlar

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun nümayəndələri aprelin 26-dan mayın 1-dək olan dövrdə Kolumbiyanın paytaxtı Boqota şəhərində səfərdə olacaqlar.

Fonddan Trend-ə bildiriblər ki, səfər zamanı Heydər Əliyev Fondu ilə Boqota şəhərində yerləşən Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Eyni zamanda, Heydər Əliyev Fondu Kolumbiyada hər il artmaqda olan uşaq və qadın zorakılığının qarşısının alınmasına yönəldilən layihələrin həyata keçirilməsinə yardım etmək məqsədilə Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fonduna maliyyə dəstəyi də göstərəcək.

Səfər zamanı Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiyanın müxtəlif dövlət və hökümət nümayəndələri ilə görüşlər keçirəcək, Boqotada yaşayan uşaq və gənc qızların problemləri ilə tanış olacaqlar. Səfərin üçüncü günü ərzində nümayəndə heyətinin Kolumbiya Senatının İkinci Konstitusional Komitəsinin sədri xanım Alexandra Moreno ilə görüşü baş tutacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu və Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu arasında əməkdaşlıq ötən ilin İyul ayında xanım Alexandra Morenonun ölkəmizdə səfərdə olduğu zaman Birinci xanım Mehriban Əliyeva ilə görüşündə müzakirə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti