...

"Wall Street Journal": Azərbaycan "ASAN xidmət"in yaradılması yolu ilə korrupsiya və bürokratiyaya qarşı mübarizə aparır

Siyasət Materials 23 Aprel 2013 13:44 (UTC +04:00)
Azərbaycan hökumətinin xidmətlərindən birinə bürokratiyanın azaldılması məqsədilə ölkədə biznesin aparılması şərtlərinin şəffaflığının gücləndirilməsi və yaxşılaşdırılmasına dair iş tapşırılıb.
"Wall Street Journal": Azərbaycan "ASAN xidmət"in yaradılması yolu ilə korrupsiya və bürokratiyaya qarşı mübarizə aparır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E. Tariverdiyeva/

Azərbaycan hökumətinin xidmətlərindən birinə bürokratiyanın azaldılması məqsədilə ölkədə biznesin aparılması şərtlərinin şəffaflığının gücləndirilməsi və yaxşılaşdırılmasına dair iş tapşırılıb. Bu barədə Trend çərşənbə axşamı ABŞ-ın nüfuzlu "Wall Street Journal" qəzetinin saytına istinadən məlumat verir.

Məlumata görə, bu məqsədlə cari ilin iyunundan etibarən, Azərbaycanın bölgələrində səyyar "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək.

"Azərbaycan Prezidenti İlham Əliyev dövlət qurumlarının islahatlarını sürətləndirmək baxımından və dövlət qurumlarının işinin səmərəliliyini, şəffaflığını, hesabatlılığını artırmaq, həmçinin korrupsiyanın azaldılması məqsədilə "ASAN xidməti"ni yaradıb", - məlumatda deyilir.

"ASAN xidmət"in yaradılması, həmçinin Dünya Bankının "Doing Business" hesabatında göstərdiyi meyarlara uyğundur. Hesabat hər il ölkələrin süründürməçilik və prosedurların sadələşdirilməsi sahəsində fəaliyyətini qiymətləndirir.

Məlumatda deyilir ki, "ASAN xidmət"in yaradılması şəxsiyyət vəsiqələri, pasportların verilməsindən vergi tutulması və şirkətlərin qeydiyyatı məsələlərinin həllinədək bütün prosedurların sadələşdirililməsinə yardım etməlidir.

Məlumatda bildirilir ki, Azərbaycanda biznesin açılması üçün prosedurların sayı artıq 30-dan 7-yə enib, onların qiyməti isə iki dəfə azalıb.

"Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, bu ilin iyun ayından Azərbaycanın bölgələrində səyyar "ASAN ximət" mərkəzləri fəaliyyət göstərəcək", - məlumatda deyilir.

Mərkəzin xidmətindən artıq 60 000 vətəndaş istifadə edib və iyun ayından etibarən xidmətin səyyar mərkəzləri vasitəsilə bu xidmətlərə daha geniş çıxış təmin ediləcək.

"Növbəti addım xarici iş adamlarının "ASAN" xidmətlərindən istifadə imkanlarının təmin edilməsidir. Ötən həftə Bakıdakı konfransda "ASAN xidmət" mərkəzləri tərəfindən viza və işə icazələrin verilməsi məsələləri müzakirə edilib ki, bu da Azərbaycanda işləyən beynəlxalq şirkətlərin və bu təcrübədən mənfəət götürəcək ölkənin özünün xeyrinə olacaq", - məlumatda deyilir.

"ASAN xidmət" hökumətin prosedurların sadələşdirilməsi, biznesin aparılması şərtlərinin yaxşılaşdırılması, şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə istiqamətlənmiş islahatlar proqramının yalnız bir hissəsidir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti