...

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Siyasət Materials 23 Aprel 2013 17:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, İtaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, bu tarixi hadisə münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm", deyə İlham Əliyev təbrik məktubunda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti