...

Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 23 Aprel 2013 22:45 (UTC +04:00)
Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Latviyanın Prezidenti Andris Berzinş aprelin 23-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti