...

Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 24 Aprel 2013 12:17 (UTC +04:00)
Aprelin 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olub.
Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin
təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli səfərlərin Azərbaycan ilə Latviya arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Dövlət başçıları ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər. Bu səfərin həmin sahələrin müəyyənləşdirilməsi işinə töhfələr verəcəyi qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində ölkəmizin Latviya ilə münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə olundu.

Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti