...

Əli Əhmədov: "Erməni soyqırımı" tamamilə qondarmadır və heç bir obyektiv, tarixi əsası yoxdur

Siyasət Materials 24 Aprel 2013 14:41 (UTC +04:00)
"Erməni soyqırımı" tamamilə qondarmadır və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnsalitlərə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov ermənilərin dırnaqarası soyqırımı gününü qeyd etməsinə münasibət bildirərkən deyib.
Əli Əhmədov: "Erməni soyqırımı" tamamilə qondarmadır və heç bir obyektiv, tarixi əsası yoxdur

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

"Erməni soyqırımı" tamamilə qondarmadır və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnsalitlərə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov ermənilərin dırnaqarası soyqırımı gününü qeyd etməsinə münasibət bildirərkən deyib.

İcra katibinin sözlərinə görə, dünyada ermənilərin "erməni soyqırımı" təbliğatı Azərbaycan və Türkiyənin apardığı obyektiv tarixi həqiqətlərə söykənən təbliğat fonunda öz dayaqlarını itirməkdədir.

"Ermənilərin yalançı "soyqırım" təbliğatına qarşı aparacağımız obyektiv və ədalətli işlər ondan ibarət ola bilər ki, biz bütün dünyaya, beynəlxalq təşkilatlara, hər bir ölkəyə bu soyqırımın əsassız olduğunu sübut edək. Beləliklə də onun Azərbaycan və Türkiyəyə qarşı çevrilmiş bir təbliğat olduğunu əsaslandıraq. Bütövlükdə, bu təbliğatın kökündə Azərbaycan və Türkiyəyə qarşı nifrətin dayandığı faktını və həqiqətini ortaya qoya bilək. Bundan sonrakı illərdə də biz bu fəaliyyətimizi davam etdirməliyik", - Əhmədov deyib.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti