...

İƏT İraqda dinc nümayişçilərə qarşı zorakılığı qınayır

Siyasət Materials 24 Aprel 2013 18:17 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraq ordusu və polisinin ölkənin əl-Huveyc şəhərində dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməsini pisləyir.
İƏT İraqda dinc nümayişçilərə qarşı zorakılığı qınayır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraq ordusu və polisinin ölkənin əl-Huveyc şəhərində dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməsini pisləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İƏT-in yaydığı məlumatda deyilir.

İƏT İraq hökumətini ölkənin bütün siyasi və etnik dairələrini sülh dialoqu aparmağa çağırıb.

Bundan başqa, İƏT ölkənin bütün dini icmaları və konfessiyalarının rəhbərlərini millətlərarası dialoqun keçirilməsində fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, əl-Huveycdə insident çərşənbə axşamı səhər saatlarında baş vermişdi. Həmin vaxt polislər Baş nazirin apardığı siyasətə qarşı çıxan sünni nümayişçilərin çadır düşərgəsinə hücum edərək onları qovmağa çalışmışdılar. Şahidlərin sözlərinə görə, hər iki tərəfdən atəş səsləri eşidilib.

Nümayişçilərin polislə toqquşması 54 nəfərin ölümü ilə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti