...

Nalbandyan Moskvaya səfərə hazırlaşır

Siyasət Materials 25 Aprel 2013 03:53 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 25-26-da Rusiyada rəsmi səfərdə olacaq.
Nalbandyan Moskvaya səfərə hazırlaşır

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 25-26-da Rusiyada rəsmi səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

"XİN rəhbərlərinin danışıqları zamanı Ermənistan-Rusiya strateji əməkdaşlığının gələcək inkişafı müzakirə ediləcək, aktual regional və beynəlxalq siyasət məsələləri üzrə fikir mübadiləsi aparılacaq", - məlumatda deyilir.

Həmçinin, Moskvaya səfər çərçivəsində Nalbandyanın RF Federal Məclisinin rəhbərliyi ilə görüşəcəyi nəzərdə tutulur. Bundan başqa, Ermənistan XİN rəhbərinin Rusiya Diplomatik Akademiyasının professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti