...

İraqda istefa zənciri

Siyasət Materials 25 Aprel 2013 04:49 (UTC +04:00)
İraq Baş nazirinin köməkçisi Saleh Mütləq və sənaye və mədən naziri Əhməd Nasir əl-Kərbuli ölkədə yaşanan gərginliyə və zorakılığa etiraz olaraq istefalarını təqdim ediblər.
İraqda istefa zənciri

Azərbaycan, Bakı, 25 aprel /Trend/

İraq Baş nazirinin köməkçisi Saleh Mütləq və sənaye və mədən naziri Əhməd Nasir əl-Kərbuli ölkədə yaşanan gərginliyə və zorakılığa etiraz olaraq istefalarını təqdim ediblər. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Lakin Mütləqin və əl-Kərbulinin istefasının qəbul edilməsi ilə bağlı Maliki hökumətindən hələ açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl İraqın təhsil naziri Məhəmməd Təmim və elm və texnologiyalar naziri Əbdülkərim əs-Samarrai istefa verdiklərini açıqlamışdılar.

Kənd təsərrüfatı naziri İzzəddin əd-Dövlə də keçən ay "xalqın tələblərini yerinə yetirməyən hökumətin bir hissəsi ola bilmərəm" deyərək istefaya getmişdi.

Xatırladaq ki, İraqda son iki gündə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 100 nəfər ölüb, ən azı 187 nəfər xəsarət alıb. İğtişaşlara çərşənbə axşamı əl-Huveycdə nümayişlərin qarşısının alınması zamanı 30 nəfərin ölümü səbəb olub. Həmin vaxt polislər Baş nazirin apardığı siyasətə qarşı çıxan sünni nümayişçilərin çadır düşərgəsinə hücum edərək onları qovmağa çalışmışdılar. Şahidlərin sözlərinə görə, hər iki tərəfdən atəş səsləri eşidilib.

Xəbər lenti

Xəbər lenti