...

ABŞ-ın aparıcı “The Hill” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunmuşdur

Siyasət Materials 25 Aprel 2013 08:43 (UTC +04:00)
Vaşinqtonda çap olunan və ABŞ Konqresi başda olmaqla nüfuzlu siyasi dairələrdə yaxından izlənən “The Hill” qəzetində 24 aprel tarixində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi dərc olunmuşdur. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
ABŞ-ın aparıcı “The Hill” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunmuşdur

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Vaşinqtonda çap olunan və ABŞ Konqresi başda olmaqla nüfuzlu siyasi dairələrdə yaxından izlənən "The Hill" qəzetində 24 aprel tarixində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi dərc olunmuşdur. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Səfir Süleymanov məqaləsində ilk növbədə Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun İsrail və Fələstinə ilk səfəri barədə söz açaraq, həmin səfərin İsrail Prezidenti Şimon Peres tərəfindən "tarixi" kimi qiymətləndirildiyini göstərmiş, İsrail və Fələstinin dostu olaraq Azərbaycanın hər iki xalqı sülh içində görməyi dilədiyini və eyni diləyi Cənubi Qafqaz üçün bölüşdüyünü açıqlamışdır. Azərbaycanın İsrail ilə güclənən münasibətlərinə istinad edən Elin Süleymanov həmçinin Fələstin xalqının öz potensialını tam şəkildə gerçəkləşdirməsindən yana olduğumuzu yazmışdır. O, Yaxın Şərq münaqişəsinin misalında zaman keçdikcə münaqişə tərəflərinin öz mövqelərinə qapandıqlarını qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin uğurlu həlli üçün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməli olduğunu bildirmiş və bu xüsusda, ABŞ-ı vasitəçi olaraq yüksək səviyyəli, nüfuzlu bir elçi təyin etməyə çağırdığımızı ifadə etmişdir.

Məqaləsində Ermənistan ilə müharibədən Azərbaycan xalqının çəkdiyi acıları xatırladan Elin Süleymanov bir milyona yaxın mülki Azərbaycanlı əhalinin öz mülklərindən məhrum edilərək, qaçqın və məcburi köçkünə çevrildiklərini amerikalı oxuyucuların diqqətinə çatdırmış və torpaqlarımızın 20 ildən artıq erməni işğalı altında qaldığını vurğulamışdır. O, bütün bu haqsızlara baxmayaraq, Azərbaycanın bölgəyə sülhün danışıqlar və beynəlxalq təsisatların yardımı vasitəsilə gətiriləcəyinə hələ də inandığını göstərərək, bir daha Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında beynəlxalq ictimaiyyətin fəal iştirakına ehtiyac duyulduğunu bəyan etmişdir.

Səfir eyni zamanda Azərbaycanın surətli iqtisadi inkişafı və eləcə də Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi uğurlu regional layihələrin bölgədə sülhün potensial dividentləri ilə yanaşı, Ermənistanın davam edən düşmənçilikdən itirdiyi fürsətləri nümayiş etdirdiyini qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti