...

Baş nazir: Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır

Siyasət Materials 25 Aprel 2013 14:11 (UTC +04:00)
Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır.
Baş nazir: Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır

Fransa, Strasburq, 25 aprel /Trend, müxbir A. Məhərrəmli/

Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır. Trend-in məlumatına görə, bu barədə Rumıniyanın Baş naziri Viktor Ponta Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) çıxış edərkən Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın sualına cavabında deyib.

"Rumıniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Mənim səlahiyyət müddətimdə əsas hədəflərdən biri Qara dəniz bölgəsində enerji potensialını inkişaf etdirməkdir. "Nabukko" layihəsi birinci prioritetdir", - Baş nazir deyib.

Viktor Ponta bildirib ki, bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq bu ölkələrdə enerji və iqtisadi inkişafı təmin etməklə orta və uzunmüddətli faydalar gətirəcək.

"Ölkənizə böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa İttifaqı mayın 25-də bu mövzuya diqqətini yönəldəcək və ümidvaram ki, bu, sirr deyildir. Biz "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq", - Baş nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti