...

ÜTT-nin yeni baş direktoru Latın Amerikasının təmsilçisi olacaq

Siyasət Materials 26 Aprel 2013 01:28 (UTC +04:00)
Ümumdünya Ticarət Təşkilatının yeni baş direktoru Latın Amerikasının təmsilçisi olacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumatda deyilir ki, təşkilatın rəhbərinin seçiminin final mərhələsinə meksikalı Emirinio Blanko və braziliyalı Robertu Azevedu çıxıb.
ÜTT-nin yeni baş direktoru Latın Amerikasının təmsilçisi olacaq

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Ümumdünya Ticarət Təşkilatının yeni baş direktoru Latın Amerikasının təmsilçisi olacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumatda deyilir ki, təşkilatın rəhbərinin seçiminin final mərhələsinə meksikalı Emirinio Blanko və braziliyalı Robertu Azevedu çıxıb.

Məlumatda deyilir ki, baş direktor vəzifəsi uğrunda İndoneziyanın, Yeni Zellandiyanın və Cənubi Koreyanın nümayəndələri də mübazirə aparıblar.

Seçimlərin nəticələrinə görə, İordaniyanın, Qananın, Keniyanın və Kosta-Rikanın nümayəndələri də növbəti mərhələyə adlaya bilməyib.

Qeyd edək ki, seçimlər üçün ÜTT-nin 159 üzv dövləti və Ali Şuranın, mübahisələrin həlli və təşkilatın ticarət siyasətini müəyyənləşdirən orqanların rəhbərliyinin iştirakı ilə məsləhətləşmələr aparılır.

ÜTT-nin yeni baş direktorunun may ayının sonunadək bəlli olacağı bildirilir. Seçiləcək şəxs Paskal Lamini əvəzləyəcək.

Xəbər lenti

Xəbər lenti