...

Yükdaşıyan gəmiyə hücum olub: 4 dənizçi oğurlanıb

Siyasət Materials 26 Aprel 2013 04:07 (UTC +04:00)
Dəniz quldurlarının Ekvatorial Qvineya sahillərində Hansa Marburg yükdaşıyan gəmiyə hücumu nəticəsində rusiyalı dənizçilər oğurlanıb. Trend-in məlumatına görə, bu haqda Rusiyanın Nigeriyadakı səfirliyi məlumat yayıb.
Yükdaşıyan gəmiyə hücum olub: 4 dənizçi oğurlanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Dəniz quldurlarının Ekvatorial Qvineya sahillərində Hansa Marburg yükdaşıyan gəmiyə hücumu nəticəsində rusiyalı dənizçilər oğurlanıb. Trend-in məlumatına görə, bu haqda Rusiyanın Nigeriyadakı səfirliyi məlumat yayıb.

Gəmi sahibi olan şirkətlərin məlumatına əsasən, hücum aprelin 22-də Malabo limanından 130 kilometr aralıda baş tutub. Dəniz quldurları rusiyalı, 3 ukraynalı və daha 2 Kiribati vətəndaşını əsir götürüblər.

Qeyd edək ki, gəmi Nigeriya bayrağı altında üzürdü. Gəmi sahibi olan şirkətlərin açıqlamalarına görə, əsir götürülənlərin azad edilməsi istiqamətində bütün səylər göstərilir.

Xəbər lenti

Xəbər lenti