...

Xəzərin statusu ilə bağlı növbəti görüş sentyabrda Bakıda keçiriləcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Aprel 2013 10:38 (UTC +04:00)
Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələrin ekspertlərinin növbəti görüşünün sentyabrın birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.
Xəzərin statusu ilə bağlı növbəti görüş sentyabrda Bakıda keçiriləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələrin ekspertlərinin növbəti görüşünün sentyabrın birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Xələfovun sözlərinə görə, Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı Tehranda keçirilən 32-ci iclasda konvensiyanın qəbulu istiqamətində əhəmiyyətli iş aparılıb.

"Konvensiyada qoyulan məsələlər Xəzərin statusunun müəyyənləşməsi istiqamətində əməkdaşlıq prinsiplərinin qurulması baxımından vacibdir. Bir sıra məsələlər var ki, onlar ikitərəfli formatda həll olunur. Məsələn, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibi ilə bağlı sərhədləri müəyyənləşdiriblər", - XİN müavini bildirib.

Onun fikrincə, açıq qalan məsələlər, xüsusən də ən vacib məsələ olan Xəzərin səthinin istifadəsi ilə bağlı məsələ müzakirə olunmalı, razılığa gəlinməlidiır.

"Tehranda müəyyən istiqamətlər üzrə yaxınlaşmalar əldə olundu. Bilirsiniz ki, bundan əvvəl keçirilən Bakı sammitində çox vacib qərarlar qəbul edilmişdi. Xüsusilə, balıqçılıq zonasının müəyyən edilməsi, nərə balıqlarının ovuna qadağa qoyulması məsələləri Tehran görüşündə ciddi şəkildə gündəmə gətirilib. Eyni zamanda, qeyd olunan məsələlərin konvensiya çərçivəsində tərəflərin mövqelərinin razılaşdırılması baxımından irəliləyişlər əldə olunub", - Xələfov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti