...

Azərbaycan XİN: Azərbaycan və Rumıniya əməkdaşlığı yaxşı potensiala malikdir

Siyasət Materials 26 Aprel 2013 13:46 (UTC +04:00)
Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlıq haqqında razılaşma mövcuddur və Rumıniya XİN rəhbərinin Bakıya səfəri zamanı tərəflər bu əməkdaşlıq çərçivəsində gələcək addımları müzakirə ediblər.
Azərbaycan XİN: Azərbaycan və Rumıniya əməkdaşlığı yaxşı potensiala malikdir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir S.Ağayeva /

Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlıq haqqında razılaşma mövcuddur və Rumıniya XİN rəhbərinin Bakıya səfəri zamanı tərəflər bu əməkdaşlıq çərçivəsində gələcək addımları müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov rumıniyalı həmkarı ilə keçirilən danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Tərəflər, həmçinin ölkələr arasında viza rejiminin sadələşdirilməsi, AGRİ layihəsini, tranzit məsələlərini müzakirə ediblər", - Məmmədyarov qeyd edib.

"Bizim əməkdaşlığımız strateji tərəfdaşlığa əsaslanır", - Bakıda səfərdə olan Rumıniyanın XİN rəhbəri Titus Korlatea bildirib.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq üçün yaxşı potensiala mövcuddur. "Mən ölkə rəhbərliyi ilə görüşmüşəm, biz əhəmiyyətli investisiya daxil olmaqla əməkdaşlıq sahəsində bir sıra məsələləri müzakirə etmişik",- rumıniyalı nazir bildirib.

Korlateanın sözlərinə görə, Rumıniya tərəfi iki ölkənin iş adamlarının biznes forumunu təşkil etmək niyyətindədir.

"Biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndiririk",- Korlatea bildirib. Nazirin sözlərinə görə, Rumıniya Azərbaycanı bundan sonra da NATO daxil olmaqla, Avropanın digər sturukturlarına inteqrasiyasının prosesində dəstəkləməyə hazırdır.

"Rumıniya, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində sülh danışıqlarını dəstəkləyir", - Korlatea vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti