...

Rusiyanın Ermənistandakı bazasının hərbi-hava komponenti müasirləşdirilir

Siyasət Materials 26 Aprel 2013 17:03 (UTC +04:00)
Rusiyanın Ermənistandakı hərbi bazasının yenidən təşkil edilməsi ilə əlaqədar erməni tərəfinə bəzi torpaq sahələri və daşınmaz əmlak obyektləri təhvil verilir.
Rusiyanın Ermənistandakı bazasının hərbi-hava komponenti müasirləşdirilir

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Rusiyanın Ermənistandakı hərbi bazasının yenidən təşkil edilməsi ilə əlaqədar erməni tərəfinə bəzi torpaq sahələri və daşınmaz əmlak obyektləri təhvil verilir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, aprelin 24-26-da Yerevanda keçirilən Ermənistan-Rusiya dövlətlərarası komissiyasının iclasında torpaq sahələri və daşınmaz əmlak obyektlərinin təhvil-təslim aktları imzalanıb.

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Rusiya müdafiə nazirinin köməkçisi, general-polkovnik Valeri Yevneviçi qəbul edib.

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq, Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi-hava komponentinin optimallaşdırılması və müasirləşdirilməsinə dair məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti