...

Gürcüstan parlamentinə aralıq seçkilər keçirilir

Siyasət Materials 27 Aprel 2013 13:42 (UTC +04:00)
Bu gün üç majoritar seçki dairəsində Gürcüstan parlamentinə aralıq seçkilər keçirilir.
Gürcüstan parlamentinə aralıq seçkilər keçirilir

Gürcüstan, Tbilisi, 27 aprel /Trend, müxbir N.Kirsxaliya/

Bu gün üç majoritar seçki dairəsində Gürcüstan parlamentinə aralıq seçkilər keçirilir.

Trend-in məlumatına görə, üç dairədə açılan bütün 177 məntəqəyə artıq ilk seçicilər gəlib.

Ümumilikdə seçkilərdə 13 siyasi partiya və 1 müstəqil blok iştirak edir. Seçkilər Nadzaladevi, Samtredia və Baqdati seçki dairələrində keçirilir.

Seçkiləri 20 QHT, 7 beynəlxalq və 17 media təşkilatı müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti