...

İtaliyada yeni hökumət quruldu

Siyasət Materials 27 Aprel 2013 21:31 (UTC +04:00)
İtaliya Prezidenti Ciorcio Napolitano iki gün əvvəl hökuməti formalaşdırmaq tapşırığı verdiyi Enriko Lettadan Nazirlər Kabinetinin siyahısını qəbul edib.
İtaliyada yeni hökumət quruldu

Azərbaycan, Bakı, 27 aprel /Trend/

İtaliya Prezidenti Ciorcio Napolitano iki gün əvvəl hökuməti formalaşdırmaq tapşırığı verdiyi Enriko Lettadan Nazirlər Kabinetinin siyahısını qəbul edib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Prezident tərəfindən İtaliyanın yeni Baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş, Demokrat Partiyasıdan (DP) olan Lettanın təqdim etdiyi siyahıya sol-mərkəzçi DP, sağ-mərkəzçi Azad Xalq Partiyası, Mario Montinin mərkəz hərəkatı və digərləri daxildir.

Nazirlər Kabinetinin yeni üzvləri Napolitanonun qarşısında and içəcəklər.

Qeyd edək ki, ölkədə fevral ayından bu yana yeni hökumətin qurulması ləngiyirdi.

Xəbər lenti

Xəbər lenti