...

Sudan ordusu Şimali Kurdufan ştatını üsyançılardan azad edib

Siyasət Materials 28 Aprel 2013 03:37 (UTC +04:00)
Sudan ordusu şənbə günü Sudan İnqilab Cəbhəsinin üsyançılarını Şimali Kurdufan ştatından çıxara bilib.
Sudan ordusu Şimali Kurdufan ştatını üsyançılardan azad edib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Sudan ordusu şənbə günü Sudan İnqilab Cəbhəsinin üsyançılarını Şimali Kurdufan ştatından çıxara bilib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Sudan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Savarmi Xalid Saad bildirib.

Şənbə günü üsyançılar ştatın bir neçə rayonunu ələ keçirmişdilər.

Silahlı Qüvvələr təşəbbüsü öz əlinə alıb və əyalətin bütün rayonlarında sabitliyi və təhlükəsizliyi təmin etmək üçün ştatın ərazisində qiyamçıların axtarışını davam etdirir.

Onun sözlərinə görə, döyüşlərdən sonra üsyançılar Şimali Kurdufanın ikinci ən böyük şəhəri Umm Ruvabanı tərk ediblər. Onlar bu şəhərə şənbə günü hücum edərək elektrik və su təchizatı stansiyalarını dağıtmış, nəticədə yaşayış məntəqəsi su və elektriksiz qalmışdı.

Qiyamçılar şəhərdə iki bankı və yerli sahibkarların evlərini qarət etmişdilər.

Umm Ruvaba şəhərinin başçısının sözlərinə görə, döyüşçülərlə toqquşmalar zamanı 10 nəfər, şəhərin 3 sakini və 7 polis həlak olub. Bundan başqa, şəhər xəstəxanasında bir çox yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti