...

Mahmud Abbas Fələstində vahid xalq hakimiyyətinin yaradılması üçün danışıqlara başlamaq istəyir

Siyasət Materials 28 Aprel 2013 05:36 (UTC +04:00)
Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas "Həmas" nümayəndələrinin də daxil olacağı vahid xalq hakimiyyətinin yaradılması ilə bağlı danışıqlara başlamaq niyyətindədir.
Mahmud Abbas Fələstində vahid xalq hakimiyyətinin yaradılması üçün danışıqlara başlamaq istəyir

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas "Həmas" nümayəndələrinin də daxil olacağı vahid xalq hakimiyyətinin yaradılması ilə bağlı danışıqlara başlamaq niyyətindədir. Bununla yanaşı, "Həmas" nümayəndəsi Sami Əbu Zuhri bəyan edib ki, Abbas hərəkata heç bir təklif ünvanlamayıb, hərəkat onun bu niyyətindən mətbuat vasitəsilə xəbər tutub. Bu barədə Trend RBK-ya istinadən məlumat verir.

Xatırladaq ki, 2007-ci ildən Fələstin iki hissəyə ayrılıb: FƏTH hərəkatının nəzarəti altında olan İordan çayının qərb sahili və "Həmas"ın idarəçiliyində olan Qəzza sektoru.

2011-ci ildə Misirin vasitəçiliyi ilə iki hərəkat arasında barışıq haqqında saziş imzalansa da, bü günədək qüvvəyə minməyib.

Xəbər lenti

Xəbər lenti