...

Gəncəyə yeni yol polisi təyin olunub

Siyasət Materials 28 Aprel 2013 09:09 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin olunub.
Gəncəyə yeni yol polisi təyin olunub

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin olunub.

Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Rəhim Zalov Gəncənin yeni yol polisinin rəisi təyin edilib. Zalov bundan öncə Şəmkir rayonunun yol polisi rəisi işləyirdi.

Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Məmmədov martın sonunda tutduğu vəzifəsindən azad edilib. Məmmədov ötən ilin fevralından bu vəzifədə çalışırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti