...

Rusiya-Yaponiya münasibətlərinin perspektiv inkişaf istiqamətləri müzakirə ediləcək

Siyasət Materials 28 Aprel 2013 11:33 (UTC +04:00)
Yaponiyanın baş naziri Sindzo-Abe Rusiya prezidenti Vladimir Putinin dəvətilə bu ölkəyə rəsmi səfərə gəlir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, aprelin 29-da Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo-Abe arasında danışıqlar olacaq.
Rusiya-Yaponiya münasibətlərinin perspektiv inkişaf istiqamətləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Yaponiyanın baş naziri Sindzo-Abe Rusiya prezidenti Vladimir Putinin dəvətilə bu ölkəyə rəsmi səfərə gəlir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, aprelin 29-da Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo-Abe arasında danışıqlar olacaq.

Məlumatda deyilir ki, ali səviyyədə keçiriləcək görüşlərdə iki ölkənin kompleks münasibətləri və onların perspektiv inkişaf istiqamətləri müzakirə ediləcək.

Qeyd edək ki, Rusiya-Yaponiya münasibətləri dinamik inkişafı ilə fərqlənir. İki ölkə arasında daimi siyasi dialoq mövcuddur.

Danışıqlarda iki ölkənin ticarət-iqtisadiyyat, investisiya və enerji sferalarında əməkdaşlığı əsas müzakirə predmeti olacaq.

Xəbər lenti

Xəbər lenti