...

Gürcüstanda aralıq seçkilərində hakim koalisiya liderlik edir

Siyasət Materials 28 Aprel 2013 15:01 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə parlamentinə keçirilən aralıq seçkilərinin dairələr üzrə nəticələrini dərc edib. Trend-in məlumatına görə, seçkilər Nadzaladevidə (Tbilisi), Samtrediada və Baqdatidə keçirilib.
Gürcüstanda aralıq seçkilərində hakim koalisiya liderlik edir

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə parlamentinə keçirilən aralıq seçkilərinin dairələr üzrə nəticələrini dərc edib. Trend-in məlumatına görə, seçkilər Nadzaladevidə (Tbilisi), Samtrediada və Baqdatidə keçirilib.

Məlumatda deyilir ki, hər üç dairədə "Gürcü arzusu" hakim koalisiyası liderlik edir.

Nadzaladevidə "Gürcü arzusu"nun namizədi Tamar Kordzaya 39.49 faizlə öndədir. İkinci yerdə isə 16.74 faiz səslə "Azad Gürcüstan" partiyasının lideri Kaxa Kukava qərarlaşıb. Üçüncü yeri Vahid milli hərəkatın nümayəndəsi Papuna Davitaya 15.42 faizlə tutur.

Digər iki dairədə hakim partiyanın dəstəyi daha çoxdur.

Samtrediada "Gürcü arzusu"nun namizədi Giorgi Kaxiani 81.49 faizlə öndədir. Kaxianini Vahid milli hərəkatın nümayəndəsi Emzar Şubladze 18.3 faizlə izləyir.

Baqdatidə isə 59.8 faizlə hakim koalisiyanın nümayəndəsi Paata Kiknavelidze liderlik edir. İkinci yerdə isə Vahid milli hərəkatın nümayəndəsi 24.09 faizlə Vladimir Çikoridze qərarlaşıb.

Bütün müşahidəçilər bildirirlər ki, aprelin 27-də keçirilən seçkilər sakit və rəqabətli şəraitdə baş tutub, ciddi pozuntulara yol verilməyib.

Xəbər lenti

Xəbər lenti