...

İslandiyada parlament seçkilərində "Azadlıq" partiyası qalib gəlib

Siyasət Materials 28 Aprel 2013 17:14 (UTC +04:00)
İslandiyada parlament seçkilərində "Azadlıq" partiyası qalib gəlib. Trend-in məlumatına görə, qalib partiya seçicilərin 26 faizinin səsini qazanıb.
İslandiyada parlament seçkilərində "Azadlıq" partiyası qalib gəlib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

İslandiyada parlament seçkilərində "Azadlıq" partiyası qalib gəlib. Trend-in məlumatına görə, qalib partiya seçicilərin 26 faizinin səsini qazanıb.

Məlumatda bildirilir ki, seçkilərdə 24 faizlə ikinci yeri "Tərəqqi" partiyası tutub.

Hər iki partiya 2009-cu ildən müxalifətdə olan sağmərkəzçi siyasi istiqamətə malikdir.

Yeni parlamentdə iki partiya 63 yerdən 40-na nəzarət edəcək.

Hakim sosial-demokratlar partiyası isə səslərin yalnız 13 faizini əldə edə bilib.

Ekspertlər baş nazir postuna ən şanslı namizəd kimi "Azadlıq" partiyasının lideri Byarni Benediktssonu görür.

"Azadlıq" partiyası yenidən sıraya çağırıblar. Biz büdcəyə qənaət siyasətinə görə, səhiyyə və sosial sistemdə nələrin baş verdiyini gördük. Artıq yeni iş yerlərinin yaradılmasının və iqtisadi inkişafı yenidən təmin etməyin vaxtıdır" - deyə Byarni Benediktsson bildirib.

Xəbər lenti

Xəbər lenti