...

YAP nümayəndə heyəti Kambocanın Baş naziri ilə görüşüb

Siyasət Materials 29 Aprel 2013 13:09 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin daxil olduğu nümayəndə heyəti Kamboca Xalq Partiyasının dəvəti ilə bu ölkədə səfərdədir.
YAP nümayəndə heyəti Kambocanın Baş naziri ilə görüşüb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin daxil olduğu nümayəndə heyəti Kamboca Xalq Partiyasının dəvəti ilə bu ölkədə səfərdədir.

Trend-in YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər proqramına uyğun olaraq, YAP nümayəndə heyəti Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşüb.

Görüşdə YAP ilə KXP arasında əməkdaşlığın perspektivləri, İCAPP çərçivəsində fəaliyyətin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələr müzakirə edilib.

YAP nümayəndə heyəti eyni zamnda KXP-in igamətgahında olub, partiyanın baş katibi Say Çum və digər məsul şəxslər ilə görüşlər keçiriblər.

Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan cənab Sok An ilə görüşdə İCAPP çərçivəsində perspektiv planlar müzakirə olunub.

YAP nümayəndə heyətinin Kambocaya səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti