...

Azərbaycan Prezidenti Niderland Kraliçasını təbrik edib

Siyasət Materials 29 Aprel 2013 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kraliçası Beatriksə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Niderland Kraliçasını təbrik edib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kraliçası Beatriksə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Azərbaycan-Niderland münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Beatriksə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti