...

Rusiya və Yaponiya 67 ildən sonra sülh sazişi imzalamaq niyyətindədirlər

Siyasət Materials 29 Aprel 2013 23:41 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinə səfər edən Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşüb.
Rusiya və Yaponiya 67 ildən sonra sülh sazişi imzalamaq niyyətindədirlər

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinə səfər edən Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşüb.

Trend Türkiyənin "Zaman" onlayn-qəzetinə istinadən məlumat verir ki, Putin Abe ilə görüşündə II Dünya müharibəsindən sonra iki ölkə arasında hələ də rəsmən imzalanmayan sülh sazişi üçün xarici işlər nazirinə bu məsələdə səylərin artırılması tapşırığını verdiyini bildirib.

Sazişdə yer ala biləcək maddələr barədə məlumat verməyən RF Prezidenti səylərin artırılmasının "hər şeyin sabah həll olunacağı" anlamına gəlmədiyini qeyd edib.

Abe də görüşdən sonra mətbuat konfransında müharibənin başa çatmasından 67 il keçməsinə baxmayaraq, Yaponiya ilə Rusiya arasında bir sülh sazişinin imzalanmamasının anormal bir vəziyyət olduğu barədə Putin ilə həmfikir olduqlarını bildirib.

Yaponiya Baş nazirinin Rusiyaya səfəri çərçivəsində iki ölkənin şirkətləri arasında bir sıra protokollar imzalanıb.

Qeyd edək ki, Rusiya və Yaponiya II Dünya müharibəsi sonunda 4 ada ilə bağlı anlaşılmazlığa son qoyacaq rəsmi sülh sazişi imzalamayıblar. Lakin iki ölkə iqtisasi əlaqələrini davam etdirir.

Şinzo Abenin Rusiyadan sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti