...

Sergey Lavrov: Müxalifət qələbə qazansa, Suriyada hakimiyyətə siyasətçilər deyil, döyüşçülər gələcək

Siyasət Materials 30 Aprel 2013 01:28 (UTC +04:00)
Suriyada silahlı müxalifət qüvvələrinin qələbə qazanacağı təqdirdə, böyük ehtimal ki, ölkədə hakimiyyətə müxalif Suriya Milli Koalisiyasından siyasətçilər deyil, döyüşçü-ekstremistlər gələcək.
Sergey Lavrov: Müxalifət qələbə qazansa, Suriyada hakimiyyətə siyasətçilər deyil, döyüşçülər gələcək

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Suriyada silahlı müxalifət qüvvələrinin qələbə qazanacağı təqdirdə, böyük ehtimal ki, ölkədə hakimiyyətə müxalif Suriya Milli Koalisiyasından siyasətçilər deyil, döyüşçü-ekstremistlər gələcək. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın "Foreing Policy" jurnalına müsahibəsində bildirib.

"Əgər müxalifət hərbi qələbə qazansa, qorxuram ki, bu koalisiyaya seçilmişlər və Suriya Milli Şurasının üzvləri Suriyanın idarə edilməsinə dəvət olunmasınlar. Əvəzində əli silahlılar, ekstremistlər idarə edəcəklər", - nazir deyib.

Lavrovun sözlərinə görə, onların sırasına ABŞ-ın əvvəllər terrorçu təşkilatların siyahısına daxil etdiyi "əl-Qaidə" ilə əlaqəsi olan "Cabhat ən-Nusra" qruplaşmasının üzvləri aiddir. Belə ki, bu qurplaşma hökumət qüvvələri ilə mübarizə aparmaq üçün xaricdən əhəmiyyətli maliyyə yardımı alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti