...

Ermənistanın dövlət borcu I rübün yekunu üzrə 4,2 milyard dollar təşkil edib

Siyasət Materials 30 Aprel 2013 08:16 (UTC +04:00)
2013-cü il martın 31-nə Ermənistanın dövlət borcu 4,205 milyard dollar təşkil edib.
Ermənistanın dövlət borcu I rübün yekunu üzrə 4,2 milyard dollar təşkil edib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

2013-cü il martın 31-nə Ermənistanın dövlət borcu 4,205 milyard dollar təşkil edib. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə ölkənin maliyyə nazirinin müavini, baş xəzinədar Atom Cancuqazyan bildirib.

Dövlət borcunun ümumi həcmindən hökumətin borcu 3,660 milyard, Mərkəzi Bankın borcu isə 546 milyon dollar təşkil edir.

Ölkənin xarici borcu 3,051 milyard, daxili borcu isə 609 milyon dollardır.

"2013-cü ilin proqnozlarına görə, ilin sonuna Ermənistanın ümumi borcu 4,394 milyard dollar və ya ÜDM-in 42,9 faizi həcmində olacaq", - o deyib.

İlin yekunları üzrə Ermənistanın daxili borcu 667 milyon dollar (ÜDM-in 6,5 faizi), xarici borcu isə 3,203 milyard dollar (ÜDM-in 31,3 faizi) təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti