...

Türkiyə və Küveyt vizasız rejimə keçiblər

Siyasət Materials 30 Aprel 2013 10:24 (UTC +04:00)
Dünən Türkiyə və Küveyt arasında viza rejiminin ləğvi barədə saziş imzalanıb.
Türkiyə və Küveyt vizasız rejimə keçiblər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A. Tağıyeva/

Dünən Türkiyə və Küveyt arasında viza rejiminin ləğvi barədə saziş imzalanıb. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

Saziş Küveyt əmiri Sabah Əhməd əl-Cabir əl-Sabahın Türkiyəyə səfəri zamanı imzalanıb.

İlkin mərhələdə vizaların əldə edilməsi zərurətindən diplomatik pasport sahibləri, elm, mədəniyyət və idman xadimləri azad ediləcəklər.

Tərəflər, həmçinin iqtisadiyyat, turizm, mədəniyyət sahələrində bir sıra sazişlər imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti