...

XİN rəhbəri: Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək

Siyasət Materials 30 Aprel 2013 13:53 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək.
XİN rəhbəri: Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S. Ağayeva/

Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Azərbaycan bu görüşə hazırdır. Onun tarixi bir neçə dəfə üç nazirin gərgin qrafikinə görə dəyişdirilib. Biz bu görüşün yeni müddətlərinin təyinatını gözləyirik", - Məmmədyarov bildirib.

Üç ölkənin xarici siyasət idarələrinin başçılarının son üçtərəfli görüşü martda Naxçıvanda keçirilib və yekun bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti