...

İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktorunu qəbul edib

Siyasət Materials 30 Aprel 2013 17:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir.
İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktorunu qəbul edib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir.

İqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirdi. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğuladı. Son illər dövlət vəsaiti hesabına ölkəmizin müxtəlif regionlarında müasir hava limanlarının inşa olunduğunu və yeni təyyarələrin alındığını qeyd edən dövlətimizin başçısı ölkənin biznes, turizm imkanlarının artırılmasında aviasiya nəqliyyatının önəmini vurğuladı.

Görüşdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti