...

Cənubi Afrika Respublikasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş seminar keçirilib (FOTO)

Siyasət Materials 30 Aprel 2013 18:11 (UTC +04:00)
Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən, dövlətə məxsus Cənubi Afrikanın Afrika İnstitutunda (Africa İnstitute of South Africa) səfirlik tərəfindən təşkil edilmiş seminarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun müasir Azərbaycanın quruculuğunda rolu mövzusunda mühazirə ilə çıxış edib.
Cənubi Afrika Respublikasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən, dövlətə məxsus Cənubi Afrikanın Afrika İnstitutunda (Africa İnstitute of South Africa) səfirlik tərəfindən təşkil edilmiş seminarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun müasir Azərbaycanın quruculuğunda rolu mövzusunda mühazirə ilə çıxış edib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, Cənubi Afrikanın Afrika İnstitutunun rəhbəri xanım Phindile Lukhele-Olurunju seminarı açıq elan edib. Səfir E.Poluxov qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında geniş məlumat verib, liderimizin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmasında tutduğu yer, ölkəmizin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti, Azərbaycanı dünya arenasına çıxarılması və tanıdılması sahəsində xidmətindən danışıb.

Daha sonra səfir Azərbaycanın tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib, Azərbaycanın Afrikaya yönəlmiş xarici siyasəti və biznes imkanları barədə danışıb.

Seminarın sonunda səfir Elxan Poluxov qonaqların ümummilli lider Heydər Əliyev və Azərbaycanla bağlı çoxsaylı suallarını cavablandırıb.

Seminarda CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, çoxsaylı səfirlər, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin məsul şəxsləri, "beyin mərkəzləri"nin rəhbərləri, müxtəlif universitetlərin professorları və bir sıra iş adamları iştirak ediblər.

Seminarda Azərbaycanla bağlı ümumi məlumatların əks olunduğu qısametrajlı film nümayiş etdirilib, iştirakçılara ümummilli lider Heydər Əliyevin həyatına və Azərbaycana həsr edilmiş məlumat kitabçaları paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti