...

Con Kerri: Suriyaya silah təkcə Rusiyadan deyil, İran və "Hizbullah"dan da tədarük edilir

Siyasət Materials 1 İyun 2013 01:05 (UTC +04:00)
ABŞ və Almaniya Suriya probleminin dinc yolla həlli üzərində Rusiya ilə birgə işləyəcəklər.
Con Kerri: Suriyaya silah təkcə Rusiyadan deyil, İran və "Hizbullah"dan da tədarük edilir

Azərbaycan, Bakı, 1 iyun /Trend/

ABŞ və Almaniya Suriya probleminin dinc yolla həlli üzərində Rusiya ilə birgə işləyəcəklər. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri alman həmkarı Gido Vestervelle ilə görüşdən sonra bildirib.

Kerri deyib: "Biz Rusiya və digərləri ilə birgə Cenevrədə münaqişə tərəflərini birləşdirməyə cəhd etməyə və qarşılıqlı saziş və tam icra səlahiyyəti ilə keçid hökumətinin yaradılması üzrə "Cenevrə-1" formulunu həyata keçirməyə sadiqik. Ruslar buna sadiq olduqlarını deyirlər, biz də buna sadiqik. Bu, sülh yolu ilə həll üzrə işlərin ilk bəndidir".

Onun sözlərinə görə, Rusiyadan "S-300" raket sistemlərinin mümkün tədarükü Suriyada sülhün bərqərar olmasına kömək etmir.

Dövlət katibi bildirib ki, sülhün bərqərar olmasına cəhd edilən bir vaxtda regiona "S-300"-lərin gətirilməsi işə kömək etmir: "Və bir çox silah-sursat təkcə Rusiyadan deyil, İran və "Hizbullah"dan da tədarük edilir".

Xəbər lenti

Xəbər lenti