...

Taksimdə sakitlikdir, lakin insanlar hələ də meydandadır

Siyasət Materials 2 İyun 2013 12:38 (UTC +04:00)
Taksim meydanı və Gezi Parkında axşam saatlarından başlayaraq, insanlar azalsa da, hələ də ərazidə gözləyənlər var. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.
Taksimdə sakitlikdir, lakin insanlar hələ də meydandadır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Taksim meydanı və Gezi Parkında axşam saatlarından başlayaraq, insanlar azalsa da, hələ də ərazidə gözləyənlər var. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, qruplar halında gözləyən insanların bəziləri söhbət edir, mahnılar oxuyur, bəziləri isə yaşıllıqların üzərinə uzanıb.

Lakin aksiya iştirakçıları tərəfindən ara küçələrdə qurulmuş barrikadalar hələ də qalmaqdadır.

İstiqlal küçəsindəki bəzi mağazaların və bankların reklam löhvələrinə zərər dəyib, hətta, Cümhuriyyət Abidəsinə qanundan kənar qrupların plakatları asılıb.

Bununla yanaşı, ərazidə bələdiyyə avtobusu və canlı yayım aparan maşının yanmış hissələri qalmaqdadır.

Beşikdaşda isə həyat normal axarına girib. Ayrı-ayrı qrupların Barbaros bulvarından, İnönü stadionundan və Dolmabaxçadan çıxması ilə vəziyyət normallaşıb.

Burada bələdiyyə nümayəndələrinin təmizlik işləri aparması da müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti