...

Ərdoğan: Sosial şəbəkə bəlaya çevrilib

Siyasət Materials 3 İyun 2013 07:33 (UTC +04:00)
Sosial şəbəkə indi bir bəlaya çevrilib. Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə telekanalın birgə yayımında ölkədəki son hadisələri şərh edərkən deyib.
Ərdoğan: Sosial şəbəkə bəlaya çevrilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Sosial şəbəkə indi bir bəlaya çevrilib. Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə telekanalın birgə yayımında ölkədəki son hadisələri şərh edərkən deyib.

Ərdoğan qeyd edib ki, "Twitter" deyilən bir bəla var və yalanın mənbəyi oradadır:

"Bu sosial media deyilən şey əslində indi mənə görə bəladır. "Ağaçları qıracaqlar", "Yüz islamçı Taksimə avtomatlarla gəlir" filan... Xalq bu şəkildə aldadılır. Fotoşoplarla cəsədlər yayınladılar. Onlar Taksimə 20 min nəfər çıxartdısa, mən də 500 min nəfər çıxardaram. Belə bir imkanımız, gücümüz var".

Qeyd edək ki, Türkiyədə Taksim Gezi parkı ilə bağlı məlum hadisələrdən sonra etirazlar davam edir.

Xəbər lenti

Xəbər lenti