...

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edilib

Siyasət Materials 3 İyun 2013 18:40 (UTC +04:00)
Prezident İlham Əliyev Vüqar Müzəffər oğlu Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Prezident İlham Əliyev Vüqar Müzəffər oğlu Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib.

Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından:

Əliyev Vüqar Saydam oğlu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

kütləvi informasiya vasitələrindən:

Məcidov Rəşad Müseyib oğlu

"525-ci qəzet"in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu

"İki Sahil" qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu

"Azərbaycan" qəzetinin baş redaktoru

jurnalist təşkilatlarından:

Amaşov Əflatun Əhməd oğlu

Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri.

Bu sərəncamla "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 291 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 372) ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti