...

Ərdoğan: Taksim meydanındakı hadisələrin arxasında müxalifət durur

Siyasət Materials 4 İyun 2013 00:18 (UTC +04:00)
İstanbulun Taksim meydanında baş verən hadisələrin arxasında müxalifət və müxalifətyönümlü qüvvələr durur.
Ərdoğan: Taksim meydanındakı hadisələrin arxasında müxalifət durur

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İstanbulun Taksim meydanında baş verən hadisələrin arxasında müxalifət və müxalifətyönümlü qüvvələr durur. Trend-in CNN Turk telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bazar ertəsi Rabatda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, etiraz aksiyaları Gezi parkında ağacların kəsilməsi ilə bağlı deyildir.

Ərdoğanın sözlərinə görə, bir neçə gün ərzində vəziyyət tamamilə normallaşacaq.

Ərdoğan qeyd edib ki, Türkiyə hökumətinin özü yaşıllaşdırma proqramına vasitələrayırır.

"Mənim baş nazir vəzifəsində olduğu müddətdə Türkiyə hökuməti ağacəkmə proqramına 2.800 milyon lirə ayırıb", - Ərdoğan deyib.

Daha əvvəl Ərdoğan bildirmişdi ki, İstanbulda baş verənlər ideoloji xarakter daşıyır və müxalifət İstanbulda öz təsirini gücləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti