...

Bülənt Arınç Taksim meydanında etiraz edənlərin nümayəndələrini qəbul edəcək

Siyasət Materials 5 İyun 2013 10:37 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Taksim meydanında etiraz edənlərin nümayəndə heyətini qəbul edəcək
Bülənt Arınç Taksim meydanında etiraz edənlərin nümayəndələrini qəbul edəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Taksim meydanında etiraz edənlərin nümayəndə heyətini qəbul edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, etiraz edən insanların nümayəndə heyəti ilə görüş bu gün baş tutacaq.

Daha əvvəl Bülənt Arınç bildirib ki, Türkiyə hökuməti nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır. Arınçın sözlərinə görə, hökumət üçün ən əsası radikal tədbirlərin olmamasıdır.

Baş nazirin müavini əlavə edib ki, nümayişlər nəticəsində Türkiyəyə 70 milyon lirə ziyan dəyib.

Türkiyənin bir sıra şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkında nümayişçilərə dəstək aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti