...

Fransız deputat kasıb ermənilərin paylarına şərik çıxıb - politoloq

Siyasət Materials 5 İyun 2013 14:53 (UTC +04:00)
Fransa parlamentarisi Fransua Roşblua kasıb ermənilərin paylarına şərik çıxıb. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Fransız deputat kasıb ermənilərin paylarına şərik çıxıb - politoloq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Fransa parlamentarisi Fransua Roşblua kasıb ermənilərin paylarına şərik çıxıb. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Roşbluanın səfərindən bir neçə gün öncə yağan dolu Ermənistanın bir neçə fermerinə zərər vurmuşdu: "Ermənistanın dövlət büdcəsində 20 min dollarlıq ziyanı ödəməyə pul tapılmadı. Baş nazir fermerlərin ardıcıl etirazlarına cavab olaraq məmurları öz ciblərinin hesabına bu borcu ödəməyə vadar etdi. Ermənistanda və Dağlıq Qarabağda sosial-iqtisadi vəziyyət xeyli ağırdır".

Əhmədoğlu vurğulayıb ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətinin bahalaşması həm Ermənistanda, həm də Dağlıq Qarabağda əhalinin sosial-iqtisadi vəziyyətini xeyli ağırlaşdıracaqdır.

Politoloqun fikrincə, Roşbluanın aldığı pul Ermənistanda və Dağlıq Qarabağda qazın qiymətinin konpensasiyasına yönələ bilərdi: "Roşblua erməni kasıblarına pul tapıb göndərmək əvəzinə erməni diaspor təmsilçilərinin pulunu alıb özünə sərf edir. Və bununla da erməni kasıblarına gedə bilən zəruri yardımların qarşısını alır. Roşbluanın kasıbların qanına susamış mənəviyyatı normal məntiqlə izah olunmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti