...

Azərbaycan Prezidenti Almaniyanın keçmiş xarici işlər nazirini qəbul edib

Siyasət Materials 6 İyun 2013 15:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri qəbul etmişdir.
Azərbaycan Prezidenti Almaniyanın keçmiş xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sənaye, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti