...

Azərbaycanın Braziliyadakı səfirliyində 28 May Respublika Günü qeyd edilib (FOTO)

Siyasət Materials 7 İyun 2013 10:55 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı Səfirliyində 28 May Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 95-illiyi münasibətilə ziyafət keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyində 28 May Respublika Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Braziliyadakı Səfirliyində 28 May Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 95-illiyi münasibətilə ziyafət keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Elnur Sultanov 28 May Respublika gününün əhəmiyyətindən, ADR-ın dövlətçilik tariximizdəki mühüm yerindən bəhs etmiş, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra müasir Azərbaycanın təməlinin qoyulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.

O, Azərbaycanın hazırda müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətindən danışıb. Bu il Azərbaycan-Braziliya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin tamam olmasını qeyd edən səfir E.Sultanov ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Sonra qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, habelə Azərbaycan-Braziliya mədəni əlaqələrinə həsr olunmuş "İRS" jurnalının portuqal dilində çap olunmuş ilk nəşri təqdim edilib.

Daha sonra çıxış edən Braziliya Xarici işlər nazirinin müavini səfir Hadil Roşa da Viana Respublika günü münasibətilə təbrik edib. Braziliya-Azərbaycan əlaqələrinin inkişafının əhəmiyyətindən danışan H.Viana bu ilin 20-22 may tarixlərində Bakıya səfərini xatırladaraq Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafına və, xüsusilə paytaxt Bakının möhtəşəmliyinə heyran qaldığını bildirdi. O, gələcəkdə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti