...

Əhməd Davudoğlu Bakıya gəlir

Siyasət Materials 10 İyun 2013 16:27 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıya işgüzar səfərə gəlir.
Əhməd Davudoğlu Bakıya gəlir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S.Ağayeva/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıya işgüzar səfərə gəlir.

Səfər çərçivəsində Davudoğlu çərşənbə axşamı Bakıda açılışı olacaq Fələstin xalqına yardım üzrə beynəlxalq konfransda iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.

Fələstin üzrə beynəlxalq donor konfransı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan hökuməti tərəfindən təşkil edilib.

Konfransda İƏT ölkələrinin xarici işlər nazirləri iştirak edəcəklər. Bu konfransın keçirilməsi barədə qərar bu ilin əvvəlində Qahirədə İƏT liderlərinin sammiti çərçivəsində qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti