...

Ərdoğanla görüşəcək etirazçıların təmsilçiləri məlum olub

Siyasət Materials 11 İyun 2013 06:23 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Gezi parkı etirazları ilə bağlı görüşəcəyi şəxslərin adları məlum olub.
Ərdoğanla görüşəcək etirazçıların təmsilçiləri məlum olub

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Gezi parkı etirazları ilə bağlı görüşəcəyi şəxslərin adları məlum olub.

Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, Baş nazirin müavini Bülənt Arınç jurnalistlərə Ərdoğanın iyunun 12-də etirazçıların nümayəndələri ilə görüşəcəyini bildirib.

"Taksim heyəti" içərisində memar, tələbə, qəzetçi, akademik və sənətçi olmaqla hər qrupdan etirazçı var. Bu gecə dəqiqləşdirilən siyahıda qəzetçi Hayko Bağdat, teatr sənətçisi Əhməd Mümtaz Taylan, yazıçı Oral Çalışlar, ustad memar Mücella Yapıcı, memar Korhan Gümüş, akademik Betül Tanbay kimi şəxslərin olduğu məlum olub.

Siyahıya ayrıca lisey və universitet tələbələrinin adlarının da daxil olacağı və son siyahının bu gün təqdim ediləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti