...

Prezident İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 11 İyun 2013 17:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul etmişdir.
Prezident İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul etmişdir.

Dövlətimizin başçısı Malayziyanın xarici işlər naziri Anifah Amanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılıq edən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Malayziyanın xarici işlər naziri Anifah Aman Baş nazir Dato Sri Mohd Najibin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, səfəri çərçivəsində paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Malayziyanın Baş naziri Dato Sri Mohd Najibin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti