...

Kaliforniyalı konqresmen Respublika Günü münasibətilə ABŞ-dakı Azərbaycan icmasını təbrik edib

Siyasət Materials 12 İyun 2013 10:51 (UTC +04:00)
ABŞ Konqresinin Kaliforniyadan olan üzvü Henri Vaksman Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 95-ci ildönümü münasibətilə ABŞ-dakı Azərbaycan icmasını təbrik edib.
Kaliforniyalı konqresmen Respublika Günü münasibətilə ABŞ-dakı Azərbaycan icmasını təbrik edib

Azərbaycan, Bakı, 12 iyun / Trend, müxbir S.Əhmədova /

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü Henri Vaksman Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 95-ci ildönümü münasibətilə ABŞ-dakı Azərbaycan icmasını təbrik edib.Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu xəbər verir.

Təbrik məktubunda ADR-in hamıya səsvermə hüququ verən və vətəndaş haqlarını tanıyan demokratik idarəçiliyə malik ilk dövlətlərdən olduğu, bolşevik işğalı nəticəsində süqutuna baxmayaraq bu prinsiplərin Azərbaycan xalqı tərəfindən qorunub saxlanıldığı qeyd olunur.

Konqresmen H.Vaksman ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətinə diqqət çəkərək, regionda sabitliyin və tərəqqinin təşviqi istiqamətində Azərbaycan ilə əməkdaşlıq səylərini dəstəkləməkdə davam edəcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti