...

Prezident İlham Əliyev bir sıra beynəlxalq sənədləri imzalayıb

Siyasət Materials 12 İyun 2013 13:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra beynəlxalq sənədləri imzalayıb.
Prezident İlham Əliyev bir sıra beynəlxalq sənədləri imzalayıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra beynəlxalq sənədləri imzalayıb.

Dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş, həmçinin 2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş üzrə məsul orqanların müəyyən edilməsi barədə Sərəncamı təsdiq edib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol"un təsdiq edilməsi, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi, "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində Saziş"in təsdiq edilməsi, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərmanları imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti