...

Azərbaycan XİN ilə Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyi arasında memorandum imzalanıb (FOTO)

Siyasət Materials 12 İyun 2013 18:36 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Əbdüllətif Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan XİN ilə Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyi arasında memorandum imzalanıb  (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Əbdüllətif Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov qonaqları salamlayıb və Azərbaycan ilə KƏŞ arasında əməkdaşlıqdan məmnunluq bildirib.

KƏŞ baş katibi Bakıda Fələstinlə bağlı keçirilən konfransları yüksək qiymətləndirib və İslam ümməti üçün əhəmiyyətini qeyd edib. Həmçinin, Əbdüllətif Əl-Zəyani Azərbaycanın güclənməsini və artmaqda olan beynəlxalq nüfuzunu xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti